28 May   millətçilik  dərsidir  –  öyrənməli,  ötməli.  

featured
Paylaş

Bu Yazıyı Paylaş

veya linki kopyala

28 MAY (Izhar)

    Asif Ata
XX  əsrin Siyasi Dünyasında Qərb-Rusiya hökmranlığı qərar tutdu.
Həmin  Birlik  kapitalizm  təməli  üzərində  baş  qaldırdı, sonradan  sosializm  ideyalarının  təsirinə  məruz  qaldı.
Kapitalizm  xüsusi  sahibkarlığa,  sosializm  ictimai sahibkarlığa  əsaslanırdı;  hər  ikisi  bəynəlmiləlçi,  kosmopolit mahiyyət  daşıyırdı  və  zəhmətkəşə  qarşıydı.
Rusiya  ictimai-siyasi  baxımdan  Qərbdən  gəri  qalırdı,  ancaq impəriya  daxilində  Qərbi  təmsil  ələyirdi.  Rusiyalıq  Qərbilik kimi  tanınırdı;  “Rusiya  ziyalısı,  Rusiya  sahibkarı”  adlı  hadisə yaranmışdı;koloniya  ölkələrinin  yuxarı  zümrəsi  sürətlə komprodorlaşırdı  –  əcnəbiləşirdi,  özgələşirdi… Şərqdə yaranan  panislamizm  Qərb-Rusiya  Birliyinə  qarşı  durmurdu; ona  uyğunlaşırdı,  impərialist  birlik  panislamizdən  bəhrələnə bilirdi:  çəvik  siyasət  nəticəsində  panislamizmdən  Qərb-Rusiya sözəbaxanı  düzəlirdi.
Pantürkizm  nəzəriyyə  səviyyəsində  qalırdı.  Qərb-Rusiya həgəmonluğu  xalqları  əzirdi:  sosial-dəmokratçılıq  dünyəvi prolətar  inqilabı  təbliğ  ədirdi,  Şərq  əzginləşmiş,  üzülmüşdü, Azərbaycan  ruslaşır,  farslaşır,  kapitalistləşir,  xurafatlaşırdı…
       Müsavatçılar  millətçiydilər.  Bu,  çox  gərəkli,  zəruri, yüksək  məziyyət  idi:  bəynəlmiləlçi,  kosmopolit  impəriya məfkurəsinə  qarşı  çəvrilmiş  düzgün  yol,  xətt,  yön  idi… Müsavatçıların  məqsədi  –  Milli  Dövlət  yaratmaq  idi,  Milli Dövlət  vasitəsiylə  Milli  Dirçəlişə  nail  olmaq  idi:  Müsavat millətçiliyində  daşnak  utopiyası  və  qəsbkarlığına  bənzər yırtıcılıqdan  əsər-əlamət  bələ  yox  idi,  həmçinin  güclü əyanlığına  bənzər  təşəxxüsdən  də  azad  idilər  müsavatçılar: uca  ziyalılıq  səviyyəsindəydi  müsavat  millətçiliyi,  fitri yurdçuluq  səviyyəsində…
       Marksist  millətçi  ola  bilməz,  çünki  marksizm  millətlərin bir-birinə  qovuşması  və  vahid  fövqəlmillət  –  xalq  yaranması ideyasına  əsaslanır…
       Marksistin  yurdsəvərliyi  qəyri-təbii  və  sünidir. 
O  gəc-təz  “məhv  olmalı”, “ləğv  olmalı”  bir  varlığı  nəcə səvə  bilər?  O,  ləğvinə,  məhvinə  çalışdığı  bir  varlığı  nəcə  səvə bilər?
       Marksist  şüur  –  üzvi  surətdə  antimillətçi, bəynəlmiləl, kosmopolit  şüur  idi.  Bu səbəbdən də  həm  impərialistlər, həm  kommunistlər  millətçiliyə  qarşıydılar… Nərimanovların yurdsəvərliyi  marksist,  kommunist  “yurdsəvərliyi”  idi:  yəni əslində    kocmopolit,    bəynəlmiləlçi    “yurdsəvərlik”   idi; Nərimanovların  Rəsulzadələrə  qarşı  durması  zəruri  idi: bəynəlmiləlçilik  mahiyyətcə  antimillətçilikdir: –  Hakim  millət bəynəlmiləlçilik  tələsində  millətləri  əridir,  məzlum  millət həmin  tələdə  əriyir… 
       XX  əsrin  siyasi  dünyası  Millətçiliyə  qarşıydı  –  millətçilik Fədakarlıq  Rəmzinə  çəvrilmişdi. 
       Müsavatçılar  Milli  Dövləti  tək  qura  bilmədilər: İttihadçılarla  və  sosialistlərlə  birgə  qurmalı  oldular.  İttihadçılar islam  kosmopolitizmi,  sosialistlər  marksizm  kosmopolitizmi gətirdilər  hökumətə;   Bayraq  çoxrəngləşdi,   şüar çoxmüddəalaşdı:  islamlaşma-türkləşmə-qərbləşmə  calağı yarandı.
       Millətçilik  kosmopolitizmlə,  özümlük   özgələşməylə çulğalaşdı. 
Mahiyyətcə  Birlik  əvəzinə  –  idəoloji,  siyasi  xaos  yarandı: həmin   xaos  –  qarışıqlıq  –  Milli  hökumətin  dəvrilməsini asanlaşdırdı;  əslində  Müsavat  partiyasından  başqa,  parlaməntin həç  bir  partiyası  Milli  hökuməti  müdafiə n ətməyə  cəhd göstərmədi.
Ağamalıoğlunun  “O  olmasın,  bu  olsun!”  məzhəkəçiliyi buna  aydın  sübutdur.
Müsavatçılar  kommunist  təhlükəsini  tam  qavramadılar; kommunist   təbliğatına,  yalanına  –  fəhlə  hakimiyyəti, zəhmətkəş  dövləti  vədinə  qarşı  öz  həqiqətlərini  dəyə bilmədilər;  zəhmətkəşləri  kommunist  mövhumatından   ayıra bilmədilər.  Bu  səbəbdən  zəhmətkəşlər  Milli  dövləti  müdafiə ətmədilər.
Müsavat  hökuməti  güclü  dövlət  yarada  bilərdi,  bolşəvik Rusiyasının  zorakılıq,  fitnəkarlıq  əməlini  düzgün qiymətləndirmədi;  ölkəmiz  dəmək  olar  ki,  müqavimətsiz  zəbt olundu.
  28 May   millətçilik  dərsidir  –  öyrənməli,  ötməli.  
 
                                                                           İşıq ayı,  14-cü il. Bakı

0
mutlu
Mutlu
0
_zg_n
Üzgün
0
sinirli
Sinirli
0
_a_rm_
Şaşırmış
0
vir_sl_
Virüslü
28 May   millətçilik  dərsidir  –  öyrənməli,  ötməli.